Dünya çempionatlarının tarixinə düşdü

Dünya çempionatlarının tarixinə düşdü
  06 Dekabr 2022    Oxunub:759
İspaniya millisinin futbolçusu Qavi dünya çempionatlarının tarixinə düşüb.
AzVision.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi bunu Qətərdəki dünya çempionatında Mərakeş yığmasına qarşı 1/8 final matçında meydana çıxmaqla bacarıb.

O, Braziliya millisinin sabiq hücumçusu, üçqat dünya çempionu Peledən sonra mundialların pley-off mərhələsində çıxış edən ən gənc futbolçu olub - 18 yaş 23 gün. Əfsanəvi "sambaçı" isə pley-off matçında meydana çıxarkən 17 yaş 249 günlüyündə olub.

AzVision.az



Teqlər:





Xəbər lenti