“Avro-2020”-nin qrup oyunları Bakıda?

 “Avro-2020”-nin qrup oyunları Bakıda?
  14 May 2014    Oxunub:1431
UEFA-nın Baş katibi Canni İnfantino 2020-ci il futbol üzrə Avropa çempionatı oyunlarının Bakıda keçirilməsi imkanını dəyərləndirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Bakının yerləşdiyi yer Avropadan uzaqdadır? Bilbao şəhəri də Avropanın mərkəzi hissəsindən kənarda yerləşir. Mən hələ Qlazqo və London şəhərləri barədə danışmıram”, -deyə İnfantino bildirib.

Baş katib vurğulayıb ki, onlar çempionatın bütün Avropa regionunu əhatə etməsini istəyirlər. Məsələn Bakı yaxınlıqda yerləşən komandaların qrup oyunlarını qəbul edə bilər: “Ona görə də Bakının Avropanın cənub-şərqində yerləşməsində heç bir problem görmürük”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti