Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub
İkinci pillədə 772 xalla bədii gimnastika üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb.
V İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastı İvan Tixonov 435 xalla üçüncü pillədədir. V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Nikita Simonov isə 368 xalla 4-cü yeri tutub.
İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandasının üzvləri 365 xalla 5-ci pillədə yer alıb.
Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub.
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 287 xalla 7-ci sıranı tutublar.
V İslam Həmrəyliyi Oyunlarının komanda hesabında qızıl medalçısı, bədii gimnast İlona Zeynalova 221 xalla 8-ci pillədə qərarlaşıb.
Batut gimnastikası üzrə təmsilçi, Avropa çempionu və dünya yaş qrupları yarışlarının bürünc mükafatçısı Maqsud Mahsudov 190 xalla 9-cu sırada yer alıb.
Bu il Avropa çempionatında 4-cü yeri tutmuş və bir sıra mötəbər yarışların iştirakçısı olmuş bədii gimnast Arzu Cəlilova reytinq cədvəlində 181 xalla 10-cu yerdə qərarlaşıb.
AzVision.az
AzVision.az
Teqlər: