Pele və Maradona üz-üzə gələ bilərdi, lakin...

 Pele və Maradona üz-üzə gələ bilərdi, lakin...
  30 Dekabr 2022    Oxunub:890
1986-cı ildə Argentinanın qalib olduğu Dünya çempionatında Pele Dieqo Armando Maradonna ilə birlikdə oynaya bilərdi. Lakin bu istəyi gerçkəkləşdirmək Braziliya Millisinin baş məşqçisi Tele Santananın qərarı ilə mümkün olmayıb.
Belə ki, 1977-ci ildə futbolu tərk edən Pele Meksikada keçirilən Dünya Çempionatında iştirak etmək üçün yenidən "krossovka"sını geyinmişdi. Ancaq Tele Santananın bu istəyə cavab verməməsi həmin vaxt 45 yaşında olan Pelenin arzusunu reallaşdırmasına mane oldu.

Tele Santana Pelenin xahişini qəbul etsəydi, biz 1986-cı ildə keçirilən çempionatda Maradona və Peleni birlikdə izləyə bilərdik.

Pele 1971-ci ildə Braziliya millisindən ayrılsa da, 1974-cü il dünya çempionatında oynaya biləcəyini açıqlamışdı. Hətta dəvət almışdı, lakin o zaman ölkənin hərbi idarəçiliyi onu qane etmədiyi üçün bu təklifdən imtina etmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti