Mənsimov Mustafa Dənizlini istefaya göndərdi

Mənsimov Mustafa Dənizlini istefaya göndərdi
  16 May 2014    Oxunub:1293
Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və baş məşqçi Mustafa Dənizli arasında görüş keçirilib.
Klubun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.

"Xəzər Lənkəran" Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti