“Murov” “Neftçi”yə qalib gəlib

“Murov” “Neftçi”yə qalib gəlib
  02 Fevral 2023    Oxunub:874
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.
AzVision.az -ın məlumatına görə, IV turun ilk oyunu keçirilib.

Lider “Murov” “Neftçi” ilə görüşdə də büdrəməyib. “Neftçi”nin gücü yalnız bir set qazanmağa çatıb. Yekunda “Murov” rəqibini 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə məğlubiyyətə uğradıb.

Bu qalibiyyət sayəsində komanda xallarının sayını 12-yə çatdırıb.

Qeyd edək ki, tura MOİK - “Xarı bülbül” görüşü ilə yekun vurulacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti