AFFA-dan futbolçulara cəza, klublara cərimə

   AFFA-dan futbolçulara cəza,    klublara cərimə
  03 Fevral 2023    Oxunub:1552
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, Misli Premyer Liqasının 20-ci turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

“Sumqayıt” – “Turan Tovuz” oyununda Turan Tovuz klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunu. “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunub.

“Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun oyunçusu Ruan Renator ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə olunub.

“Qəbələ” - “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə görə klub 800 manat cərimə olunub.

“Neftçi” - “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti