Türkiyəli qapıçı dağıntılar altında qaldı

   Türkiyəli qapıçı dağıntılar altında qaldı
  06 Fevral 2023    Oxunub:1814
Qardaş Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələnin dağıntıları altında qalanlar arasında 1-ci liqa təmsilçisi "Yeni Malatyaspor"un qaıçısı Ahmet Eyüp Türkaslan da var.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ötən ilin noyabr ayında ailə quran Ahmetin həyat yoldaşı dağıntılar altından çıxarılıb. 28 yaşlı futbolçunun xilasolunması üçün də işlərin getdiyi bildirilib.

Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti