Merih zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxardı
Hazırda icarə əsasında "Atalanta"da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb: "Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 4 544 nəfər ölüb, 26 721 nəfər yaralanıb.
AzVision.az
Teqlər: