"Londonda qardaş ölkə üçün səfərbər olmuşuq" - Dünya çempionu

"Londonda qardaş ölkə üçün səfərbər olmuşuq" -    Dünya çempionu
  11 Fevral 2023    Oxunub:1318
Xaricdə yaşayan azərbaycanlılar da dünyanın hər yerindən qardaş Türkiyəyə yardım üçün səfərbər olublar.
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin çağırışı ilə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanıb. H.Baxşəliyev bildirib ki, həmvətənlərimizin fədakarlığı hamını qürurlandırır: "Hər yerdə olduğu kimi Londonda da qardaş ölkə üçün səfərbər olmuşuq. Burada yaşayan bütün azərbaycanlılar dəstək üçün əlindən gələni edirlər. Bu qədər etibarlı, düşüncəli, vətənpərvər bir xalqın nümayəndəsi olmaqdan qürur hissi keçirirəm. Heç kim əlindən gələni qardaş ölkə üçün əsirgəmir" .

Qeyd edək ki, qardaş ölkəyə isti geyimlərdən əlavə yastıqlar, yorğan, uşaq bezləri və s. də göndərilib. Yardım kampaniyası davam edir.


AzVision.az



Teqlər:





Xəbər lenti