Klublarımız meydana Türkiyəyə dəstək şüarı yazılmış bannerlə çıxıblar

Klublarımız meydana Türkiyəyə dəstək şüarı yazılmış bannerlə çıxıblar
  11 Fevral 2023    Oxunub:1430
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Turan Tovuz” - “Kəpəz” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
AzVision.az -ın məlumatına görə, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!”, - bannerdəki yazıda qeyd edilib.

Eyni zamanda, Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

AzVision.az



Teqlər:





Xəbər lenti