Türkiyə Futbol Federasiyası çıxışlarını dayandıran klublarla bağlı qərar verdi

   Türkiyə Futbol Federasiyası çıxışlarını dayandıran klublarla bağlı qərar verdi
  12 Fevral 2023    Oxunub:1394
Türkiyə Futbol Federasiyası (TFF) liqalarda çıxışlarını dayandıran klublarla bağlı qərarını açıqlayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, TFF klubların qərarını təsdiqləyib. Superliqadan "Hatayspor"la "Qaziantep", 1-ci liqadan "Yeni Malatyaspor" ve "Adanaspor", 2-ci liqadan "Adıyaman", 3-cü liqadan "Niğde Anadolu", "Malatya Arguvan Spor" ölkədə baş vermiş zəlzələ ilə əlaqədar çıxışlarını dayandırıblar.

Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.

AzVision.az


Teqlər:





Xəbər lenti