“Barselona” rüşvətə görə “La Liqa”dan qovula bilər

“Barselona” rüşvətə görə “La Liqa”dan qovula bilər
  16 Fevral 2023    Oxunub:1136
Kataloniya klubunun futbol hakimlərinə rüşvət verdiyi sübut olunarsa, “Barselona” İspaniya La Liqasından kənarlaşdırıla və ya çoxlu sayda xalları silinə bilər.
Bu barədə “Bolavip” nəşri məlumat yayıb. Qeyd olunub ki, “Barselona” 2016-2018-ci illər ərzində İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidentinin hesabına müntəzəm olaraq pul köçürüb.

Syudad-Kondal prokurorluğunun araşdırması nəticəsində məlum olub ki, göstərilən müddət ərzində kataloniyalılar Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə ümumilikdə təxminən 1,4 milyon avro ödəyiblər. 2016-cı ildə transfer məbləği 532 min avro, 2017-ci ildə 541 min avro, 2018-ci ildə isə 318 min avro olub.

Neqreyra “Barselona”ya konsaltinq xidmətləri göstərdiyini, xüsusən də futbol qaydalarının izahına kömək etdiyini bildirib. Lakin medianın məlumatına görə, o, öz iddialarına dair heç bir sübut təqdim edə bilməyib.


AzVision.az


Teqlər:





Xəbər lenti