Emreli Türkiyə klubunda debüt etdi

Emreli Türkiyə klubunda debüt etdi
  21 Fevral 2023    Oxunub:1539
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.
AzVision.az -ın məlumatına görə, 26 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti