Modriçdən Türkiyəyə yardım

Modriçdən Türkiyəyə yardım
  28 Fevral 2023    Oxunub:1272
Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olub.
AzVision.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi yığmanın heyətində DÇ-2022-nin qrip mərhələsində Mərakeşlə matçda geyindiyi 10 nömrəli formanı Türkiyənin Zaqrebdəki səfirliyinə göndərib. Forma hərraca çıxarılacaq və əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə xərclənəcək.

Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran bu məsələ ilə bağlı açıqlamasında deyib: Təşəkkürlər, Modriç. Xorvatiya millisinin və "Real"ın ulduzu Luka Modriç Qətərdəki DÇ-2022-nin Mərakeşlə matçında geyindiyi formanı gəlirinin zərərçəkənlərə bağışlanması üçün səfirliyimizə göndərdi".

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Hadisə nəticəsində 43 min nəfərdən çox şəxs həyatını itirib.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti