"Formula 1": Yollarda beton bariyerlər quraşdırılır

 "Formula 1":  Yollarda beton bariyerlər quraşdırılır
  03 Mart 2023    Oxunub:1172
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
BŞH-dan AzVision.az -a verilən məlumata görə, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti