Sərbəst güləş üzrə Fransa yığmasında yalnız etnik çeçenlərdir

   Sərbəst güləş üzrə Fransa yığmasında    yalnız etnik çeçenlərdir
  13 Mart 2023    Oxunub:1416
Gənclər arasında Avropa çempionatında (U23) mübarizə aparacaq Fransanın kişilərdən ibarət sərbəst güləş yığması yalnız etnik çeçenlərdən ibarətdir.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV Fransa güləş federasiyasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, iştirakçı ərizəsinə Adam Bibulatov (61 kq-a qədər), Xamzat Arsamerzuev (65), Məhəmməd-Amin Sanqariyev (70 kq), Maqomed Deliev (74 kq), Rəhim Maqomadov (86 kq) və Adlan Vişxanov (92 kq) daxil edilib.

Qeyd edək ki, Avropa çempionatı martın 13-dən 19-dək Rumıniyanın Buxarest şəhərində keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti