Güləşçilərimiz Avropa çempionatını 4 medalla başa vurublar

Güləşçilərimiz  Avropa çempionatını 4 medalla başa vurublar
  15 Mart 2023    Oxunub:1295
Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3-cü qızılı medalı qazanıblar.
AzVision.az -ın məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb. 97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Əhmədiyevlə yanaşı, Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) Avropa çempionu olublar, Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti