Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazanıb

Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazanıb
  19 Mart 2023    Oxunub:700
Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a bildirilib ki, 54 kq çəkidə çıxış edən boksçumuz 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Z.Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.
Qeyd edək ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.

AzVision.az

Teqlər:







Xəbər lenti