Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb
  21 Mart 2023    Oxunub:1406
Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
AzVision.az -ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti