İşsiz qalan Terimə deputatlığa namizədlik təklif olundu

İşsiz qalan Terimə deputatlığa namizədlik təklif olundu
  21 Mart 2023    Oxunub:2493
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimə millət vəkilliyinə namizəd olmaq təklif edilib.
69 yaşlı mütəxəssis siyasi partiyaların birindən gələn təklifi geri çevirib. O, siyasətə qarışmaq istəmədiyini deyib.

Son olaraq “Qalatasaray”ı çalışdırmış Terim keçən ilin yanvarından işsizdir.

Qeyd edək ki, Türkiyədə seçkilər mayda keçiriləcək.

AzVision.az



Teqlər: Namizəd  





Xəbər lenti