Messidən 800-cü qol

   Messidən 800-cü qol
  24 Mart 2023    Oxunub:1120
Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.
AzVision.az xəbər verir ki, 35 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununun 89-cu dəqiqəsində fərqlənib.

Qeyd edək ki, PSJ-in hücumçusu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb. 2005-ci ildən Argentina millisində çıxış edən Messi DÇ-2022-nin qalibi olub.

AzVision.az




Teqlər:





Xəbər lenti