Məşhur boksçu Ermənistan vətəndaşlığından imtina etdi

   Məşhur boksçu Ermənistan vətəndaşlığından imtina etdi
  27 Mart 2023    Oxunub:1139
Erməni boksçu Erik İsraelyan Ermənistan vətəndaşlığından imtina edib. AzVision.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat yayıb.
İsraelyan qeyd edib ki, “Bir daha xatırlatmaq istəyirəm ki, 2022-ci ildə Avropa və dünya çempionu oldum. Ermənistan Respublikasında 13 il ərzində boks üzrə dünya çempionu yox idi və mən bu 13 illik "sükut"dan sonra dünya çempionu oldum. Bir daha təkrar edirəm, bir ildə həm Avropa çempionu, həm də dünya çempionu oldum. Mən Ermənistan Respublikasının vətəndaşlığından imtina edirəm və buradan başqa ölkədə döyüşmək üçün gedirəm”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Boksçu   Ermənistan  





Xəbər lenti