Azərbaycan boksçuları 17 medal qazanıblar

 Azərbaycan boksçuları  17 medal  qazanıblar
  01 Aprel 2023    Oxunub:1567
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
AzVision.az xəbər verir ki,Federasiyadan apasport.az saytına verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.

Digər boksçularımızdan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev, Mirhəsən İbrahimov, Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.

AzVision.az



Teqlər: Boks   Medallar  





Xəbər lenti