Çovdarovun əmlaklarının müsadirədən azad olunması qərarından protest verilib
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 30 hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinən Akif Çovdarov 12 il müddətə, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İbtidai istintaq zamanı Akif Çovdarov və Səlim Məmmədova məxsus təxminən 30 milyon manata yaxın qiymətləndirilmiş əmlaklar üzərinə həbs qoyulub, lakin məhkəmə tərəfindən işə baxılan zaman müsadirə edilmiş əmlakların qeyd olunan şəxslərə və ailə üzvlərinə qaytarılması ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə 2022-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
AzVision.az
Teqlər: Məhkəmə