Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

   Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
  06 Aprel 2023    Oxunub:772
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib. Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti