Rusiyadan Avropaya aparılan 700 kq kokain müsadirə edildi

Rusiyadan Avropaya aparılan 700 kq kokain müsadirə edildi
  10 Aprel 2023    Oxunub:1100
Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiyadan Avropa İttifaqına daşınan 700 kq ağırlığında və 2,5 milyard rubl dəyərində kokain partiyasını saxlayıb.
Qeyd olunub ki, beynəlxalq cinayətkar qrup Rusiya Federasiyası ərazisindən narkotiklərin tranziti və satışı üçün istifadə etməyə cəhd edib. Belə ki, Rusiyaya gələn üç əcnəbi - Kolumbiya və Aİ dövlətlərindən birinin vətəndaşları müəyyən edilib.

Onlar Latın Amerikasından Moskvaya çatdırılan kokaini hadisə ilə əlaqəsi olmayan bir adamın adına icarəyə götürülmüş anbara yerləşdiriblər. Məlum olub ki, kokainin bir hissəsinin Aİ ölkələrindən birində, digər hissəsinin isə Rusiyada satılması planlaşdırılıb.

Hər üç şəxs saxlanılıb. Anbara baxış zamanı 699 kq kokain aşkar edilib. Partiyanın dəyərinin 2,5 milyard rubl olduğu, pərakəndə satışların isə narkotik satıcılarına ən azı 6 milyard rubl gəlir gətirə biləcəyi vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti