Qobustanda ağır qəza, xəsarət alan var - VİDEO
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz Atego” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında dayanmış “KamAZ” markalalı yük avtomobilinə, daha sonra isə dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış “Mersedes-Benz Atego” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzVision.az
Teqlər: