AFFA-dan klublara gözlənilməz qadağa - "3 milyona legioner alına bilməz"

   AFFA-dan klublara gözlənilməz qadağa -    "3 milyona legioner alına bilməz"
  13 Aprel 2023    Oxunub:1313
AFFA dövlətdən klublara ayrılan 3 milyon manatla legioner transferinə qadağa qoymaq istəyir.

AzVision.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində keçirilən iclasında futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin gələn mövsümdən klublarda olan əcnəbi futbolçulara əmək (xidmət) haqqı qismində istifadə edilməsinə qadağa qoymaq niyyətindədir.

Klublar Komitəsindən daxil olan bəyanatda qeyd edilir ki, ölkədə futbolun inkişafı güclü klub futbolunun mövcudluğundan asılıdır: "Klublar da təbii ki, Azərbaycanda olan yerli futbolçu qıtlığını nəzərə alaraq, əcnəbi futbolçuların xidmətlərindən istifadə etmək məcburiyyətindədir. Klubların dayanıqlı inkişafı, habelə, onların Azərbaycan futbolunu beynəlxalq arenalarda layiqincə təmsil etməsi belə əcnəbi futbolçularının düzgün seleksiyası və keyfiyyətli legionerlə uzunmüddətli müqavilələrin bağlanması ilə düzünə bağlıdır. Təbii ki, klublar yerli futbolçuların yetişdirilməsi ilə bağlı ölkədə futbolun inkişafına cavabdeh qurum olan AFFA-nın və onun İK-nın narahatlığını yaxşı başa düşür. Lakin ani, yetərli qədər müzakirə predmeti olmayan və klubların həm daxili, həm də xarici arenalarda uğurlu çıxışını və hətta, mövcudiyyətini böyük təhdidlərlə üz-üzə qoyan qərarların qəbul edilmə imkanları qətiyyən qəbul edilə bilməz".

KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcəkdir: "Bir daha, KK AFFA İK-dən klublar üçün həyati əhəmiyyət kəsb edən legioner futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir".

AzVision.az


Teqlər:





Xəbər lenti