***
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanı tərk edib”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
İrəvanın söz verib icra etmədiyi öhdəliklər - SƏNƏD - FOTO |
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallığı yaşanıb. Aram Nikolyan adlı İctimai televiziyanın əməkdaşı bayraqdarın əlindən Azərbaycan bayrağını alaraq yandırıb. Bu da azmış kimi polis bölməsinə aparılan Nikolyan heç nə olmamış kimi sərbəst buraxılıb
Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.
Tural Tağıyev
AzVision.az