510 minlik dələduzluğa görə həbs edilmiş tanınmış vəkil azadlığa buraxılıb

510 minlik dələduzluğa görə həbs edilmiş tanınmış vəkil azadlığa buraxılıb
  18 Aprel 2023    Oxunub:1186
510 min manatlıq dələduzluğa görə həbs edilmiş tanınmış vəkil Elçin Qəmbərov azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E.Qəmbərovun cinayət işinə xitam verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edilib ki, Elçin Qəmbərov zərərçəkmişlə barışıb və dəymiş ziyanı ödəyib.

Xatırladaq ki, Qəmbərov həbsdə olan MTN generalı Mövlam Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq MTN-çini həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.

Elçin Qəmbərov “Mərkəz" Vəkil Bürosunun rəhbəridir.

Xatırladaq ki, uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş M.Şıxəliyev qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunub, 12 il müddətə azadlıqdan məhrum edilib.

AzVision.az



Teqlər: Vəkil  





Xəbər lenti