Güləşçilərimiz Avropa çempionatında bir günə 2 qızıl, 1 gümüş medal qazandılar

Güləşçilərimiz Avropa çempionatında bir günə 2 qızıl, 1 gümüş medal qazandılar
  18 Aprel 2023    Oxunub:1213
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləş millisi 2 qızıl, 1 gümüş medal qazanıb.
AzVision.az -ın məlumatına görə, günün son görüşünə Maqomedxan Maqomedov çıxıb.

Milliləşdirilən güləşçi 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə finalda üz-üzə gəlib. Azərbaycan təmsilçisi öndə olsa da, son saniyələrdə üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və ikinci yeri tutub.

Maqomedova qədər Zaqrebdəki yarışda millinin digər üzvləri Əliabbas Rzazadə (57 kq) karyerasında birinci, Hacı Əliyev (70 kq) isə dördüncü dəfə qitə birinciliyinin qalibi olub. Əli Rəhimzadə (65 kq) bürünc medal görüşündə uduzub, Səbuhi Əmiraslanov (79 kq) isə zədə səbəbindən üçüncü yer uğrunda qarşılaşmaya çıxmadığı üçün mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) finala vəsiqə qazanıb. O, sabah Feyzullah Aktürklə (Türkiyə) həlledici duelə çıxacaq. Cəbrayıl Qadjiyev (74 kq) və Abubakr Abakarov (86 kq) təsəlliverici, Georgi Meşvildişvili (125 kq) isə bürünc medal görüşünə qatılacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti