İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub
Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan külli miqdarda, yəni 1 kiloqram 180 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb edilib. Sonuncu dəfə Qobustan rayonu ərazisində əvvəlcədən ona deyilən ərazidən narkotik vasitəni götürüb, paytaxta aparmaq istəyən F. Abbasov polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F. Abbasovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: