Kişilər hansı yaşda xərçəng xəstəliyinə tutulur?
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bədxassəli yenitörəmələr arasında prostat vəzi xərçəngi (PCa) dünyanın 46 ölkəsində yayılma nisbətinə görə ikinci, kişilər arasında ölümə görə isə beşinci yeri tutur.
Maraqlıdır ki, bu xəstəlik əksər hallarda 50 yaşdan kiçik kişilərdə diaqnoz olunur. Eyni zamanda, onların bəziləri metastatik prosesin inkişaf etmiş mərhələsindədir.
Həkim – onkoloq Serqey Kravsevin sözlərinə görə, prostat xərçəngi ən aqressiv şəkildə gənc yaşda baş verir - 30-40 yaş. Və bu vəziyyətdə müalicə etmək yaşlı xəstələrə nisbətən daha çətindir.
Prostat xərçəngi heterogen xərçəngdir, yəni aqressiv və daha az aqressiv formaları var. Aqressiv formalar demək olar ki, həmişə limfa düyünlərinə, ağciyərlərə, qaraciyərə, sümüklərə və digər orqanlara metastaz verir.
Çox təəcüblüdür ki, prostat xərçəngi diaqnozu qoyulan kişi nə qədər yaşlı olsa, müalicə etmək bir o qədər asan olur.
Onkoloq 25 yaşından başlayaraq, kişilərin hər il bir uroloq tərəfindən müayinə olunmasını tövsiyyə edir.(medicina.az)
Teqlər: