Sabiq prezident saxta profillərlə siyasətçiləri söydüyünə görə həbsə düşdü

Sabiq prezident saxta profillərlə siyasətçiləri söydüyünə görə həbsə düşdü
  25 Aprel 2023    Oxunub:1629
İspaniyanın “Real Sosyedad” klubunun sabiq prezidenti İnyaki Badiolaya həbs cəzası verilib.
Buna onun “Twitter”də saxta hesablarla çoxlu təhqir və iftiralara yol verməsi səbəb olub. Keçmiş klub prezidenti feyk profillərlə siyasətçilərin, hakimlərin, jurnalistlərin və media orqanlarının ünvanlarına təhqirlər yazıb, onlara müxtəlif iftiralar atıb.

Məhkəmənin yekununda Badiolaya 10 il 8 ay müddətinə həbs cəzası verilib. O, həmçinin, 375 min avro cərimə ödəməli olacaq.

Sabiq prezident bütün ittihamları rədd edib.

Prokurorluq Badiola üçün 66 il həbs cəzası və 3,3 milyon avro cərimə tələb edib.

Xatırladaq ki, İnyaki Badiola 2007-2009-cu illərdə “Real Sosyedad”a rəhbərlik edib.

AzVision.az



Teqlər:





Xəbər lenti