Bakıda 40 nəfərə qarşı dələduzluq edilib

Bakıda 40 nəfərə qarşı dələduzluq edilib
  27 Aprel 2023    Oxunub:1240
Bakıda 40 nəfərə qarşı dələduzluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti