"Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçirilib
Çıxış edənlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşıb. Sevindirici haldır ki, hazırda bu ictimai-siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən Şəhid ailələri müharibə iştirakçılarına dövlət qayğısı və dəstəyi uğurla davam etdirilir.
Natiqlər onu da deyiblər ki, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin Şəhid ailələri müharibə iştirakçılarına hüquqi dəstək yönümündə həyata keçirdiyi layihə dövlət QHT münasibətlərin inkişafı fonunda olduqca faydalı, səmərəli vətəndaş cəmiyyəti təşəbbüsüdür. Bu cür ictimai, hüquqi dəstək yönümündə maarifləndirmə işlərinin gələcəkdə də davamlı şəkildə keçirlməsi olduqca vacibdir.
Tədbirlə bağlı "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında qeyd edib ki, "Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini həyata keçirməkdə əsas məqsəd qalib Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətə ictimai, hüquqi dəstək göstərməkdir.
Birlik sədri deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə Binəqədi rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə tədbiri keçiriblər.
MİRİİB sədri onu da xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin layihəsi əsasında reallaşdırılan şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib ki, bu kitabçalar İmişli, Abşeron, Binəqədi rayonlarında Birlik tərəfindən keçirilən tədbirlərdə hüquqi maarifləndirmənin daha da faydalı olması üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.
AzVision.az
Teqlər: