Serbiyada silahlı hücumda 8 nəfər öldü

   Serbiyada silahlı hücumda 8 nəfər öldü
  05 May 2023    Oxunub:1038
Serbiyanın Mladenovaç şəhərində hərəkətdə olan avtomobildən avtomat silahdan insanlara atəş açılıb.
Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, atəş nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Qeyd olunub ki, hadisəni törədən 21 yaşlı şəxs mühasirəyə alınıb, lakin o təslim olmayaraq atəş açmağa davam edir. Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 7-ci sinif şagirdi tərəfindən həyata keçirilən hücumda 9 nəfər həlak olub.


AzVision.az


Teqlər:





Xəbər lenti