“PSJ” Neymarı icarəyə verməyə hazırdır

“PSJ” Neymarı icarəyə verməyə hazırdır
  05 May 2023    Oxunub:1451
“PSJ” bu yay braziliyalı hücumçu Neymarı icarəyə verməyə hazırdır.
Bu barədə Fransanın “L'Equipe” qəzeti yazıb. Klubun idman direktoru Luiş Kampuş futbolçunun gedişinə etiraz etmir, lakin bu qərarı hücumçunun agenti Pini Zahavi və “PSJ”nin prezidenti Nasser Əl-Xelayfinin öhdəsinə buraxıb.

Parislilər heyəti cavanlaşdırmaq və fransız futbolçuların sayını artırmaq istiqamətində kurs keçmək niyyətindədirlər və Neymar bu strategiyaya uyğun gəlmir.

Xatırladaq ki, mayın 3-də “PSJ” azarkeşləri braziliyalı futbolçunun evini mühasirəyə almış və bundan əvvəl klub rəhbərliyinin qərargahı qarşısında hücumçunun ünvanına təhqiramiz şüarlar səsləndirmişdilər.


AzVision.az


Teqlər:





Xəbər lenti