İranın daha bir məşhur idmançısı ölkəni tərk edir

İranın daha bir məşhur idmançısı ölkəni tərk edir
  08 May 2023    Oxunub:1415
İranın daha bir güləş çempionu ölkəni tərk edir. AzVision.az xəbər verir ki, Əlirza Necati adlı idmançı xalqla həmrəylik göstərərək rejimə etiraz etdiyini söyləyib.
Dünya və Asiya yarışlarının qalibi olan məşhur idmançı deyib: "Xalq etirazlarını dəstəklədiyim üçün məni komandadan uzaqlaşdırdılar. Buna görə İranı tərk etməyə məcburam!".

Xatırladaq ki, son illər iranlı idmançılar rejimin basqılarına, habelə hökumətin onlara qarşı biganə yanaşmasına görə bir-birinin ardınca ölkəni tərk edirlər. Misal üçün ağır atletika ilə məşğul olan tanınmış idmançısı Yekta Camali də oxşar addım atmışdı. Onun bir neçə il əvvəl Yunanıstanda komanda düşərgəsini tərk edərək yoxa çıxdığı bildirilir. O, ağır atletika sahəsində beynəlxalq medal qazanan ilk iranlı qadın idmançıdır.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti