Ərindən ayrı düşüb müharibəyə qoşuldu - VİDEO

Ərindən ayrı düşüb müharibəyə qoşuldu    - VİDEO
  09 May 2023    Oxunub:1605
“Həyat yoldaşım zavod direktoru idi. Ona dedilər ki, sən top-tüfəng hazırlayacaqsan, yoldaşın isə tibb bacısı kimi müharibəyə getməlidir. Mən getdim, o qaldı”.
Bunu İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Baku TV-yə müsahibəsində deyib.

İki ay Leninqradda faşistlərin mühasirəsində qalan müharibə veteranı qeyd edib ki, tibb bacısı kimi könüllü xidmətinə Moskva ətrafındakı döyüşlərlə başlayıb.

“Gün ərzində 150 qram qara çörək yeyirdik. Qurumuş yarpaqları suya atıb qaynadaraq, çay əvəzinə içirdik. Ölüləri maşınlara doldurub dəfn olunmağa göndərirdik”, - deyə o əlavə edib.

Ətraflı videonu təqdim edirik:


AzVision.az



Teqlər:





Xəbər lenti