Bu 2 içki beyini qoruyur - Alimlər

   Bu 2 içki beyini qoruyur -    Alimlər
  10 May 2023    Oxunub:1548
Çin alimləri qəhvə və çay müntəzəm içmək beyini bəzi xəstəliklərdən və qocalmaqdan qoruyur.
AzVision.az xəbər verir ki, tədqiqatda 35 000 insan iştirak edib. Onlar 1 il ərzində gündə neçə fincan çay və qəhvə içiblər. İştirakçılar sonradan 4 qrrupa bölünüb.

Məlum olub ki, retinal sinir lifi təbəqəsi vizual məlumatı gözlərdən beyinə ötürən sinir hüceyrələridir. Bu təbəqə nə qədər incə olarsa, neyrodegenerativ xəstəliklərin inkişaf riski bir o qədər yüksəkdir.


Təcrübənin nəticələri göstərib ki, gündə 3 fincan qəhvə və 4 stəkan çay içən insanlarda tor qişanın makula sinir lifi təbəqəsinin qalınlığında əhəmiyyətli artım müşahidə olunub. Bu da beyinə informasiyanın ötürülməsini aktiv saxlayır.


Teqlər:





Xəbər lenti