Mediasiya Şurasının İdarə Heyətinin sədri
Nadir Adilov AzVision.az-a bildirib ki, təqdim olunan hesabatda mediasiya təşkilatlarının ümumi və əlaqə vasitələri ilə bağlı məlumatları ilə yanaşı, hər bir mediasiya təşkilatları ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları və mediasiya təşkilatı tərəfindən hər bir mediatorun icraatına verilən iş sayı, mediatorlar tərəfindən baxılan işlərdə əldə edilən barışıqların həcmi əks olunub.
Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı da ictimai diqqətə çatdırılıb.
Digər aylardan fərqli olaraq, bu ay yayımlanan hesabatda əlavə olaraq əsassız iddialar üzrə xitam verilən işlərin sayı da əks olunub