Boksçumuz dünya çempionatında gümüş medal qazandı

   Boksçumuz dünya çempionatında gümüş medal qazandı
  14 May 2023    Oxunub:1431
Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib.

Federasiyadan AzVision.az -a verilən məlumata görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb.

Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.

Dominqes Atayevədək ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub edib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 2 medalla başa vurub. Dominqesdən öncə Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti