Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək

Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək
  15 May 2023    Oxunub:2314
2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AzVision.az -a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.

AzVision.az


Teqlər:





Xəbər lenti