Tanınmış türk klubu həvəskarlar liqasına düşdü

Tanınmış türk klubu həvəskarlar liqasına düşdü
  16 May 2023    Oxunub:1337
Türkiyənin köklü klublarından olan "Eskişehirspor" həvəskarlar liqasına düşüb.
AzVision.az xəbər verir ki, 3-cü liqada çıxış Eskişehir təmsilçisi sona bir tur qalmış "Elazığspor"a 3:6 hesabı ilə uduzub və çempionatı tərk edəcəyi dəqiqləşib. Komanda 26 xalla 17-ci sırada qərarlaşıb.

Qeyd edək ki, "Eskişehirspor" 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb. Klub həmçinin 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə Superliqanın gümüş mükafatçısı olub.

Xatırladaq ki, millimizin sabiq üzvü,"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 2010-2011 mövsümündə "Eskişehirspor"da çıxış edib. O, bu komandanın heyətində 5 rəsmi oyuna çıxıb.

AzVision.az



Teqlər: Klub  





Xəbər lenti