İtaliyada daşqınlarda 9 nəfər öldü

İtaliyada daşqınlarda 9 nəfər öldü
  18 May 2023    Oxunub:3236
İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində 9 nəfər ölüb.
Bölgədəki 23 çay məcrasından çıxıb, ümumilikdə 37 bələdiyyədə minlərlə ev, iş yerləri və yollar su altında qalıb. 250-dək torpaq sürüşməsi baş verib, bəzi şəhərlər və qəsəbələrə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Məktəblərdə tədris dayandırılıb, on mindən çox insan bölgədən təxliyə edilib.

Yaponiyanın Xirosima şəhərində keçirilən “Yeddilər qrupu” (G7) sammitində iştirak edən İtaliyanın Baş naziri Ciorcia Meloni videobağlantı vasitəsilə Emiliya-Romaniya regionunun rəhbərliyindən təbii fəlakətlə bağlı məlumat alıb, mayın 23-nə Nazirlər Şurasının iclasını təyin edib. Hökumətin sel və daşqınlardan zərər çəkmiş insanlar və bölgələrlə bağlı lazımı addımları atacağı bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti