Son 9 ayda 50-yə yaxın mənzildən oğurluq etdi
Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib. Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
“Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: