Polis Sabirabadda əməliyyat keçirib

Polis Sabirabadda əməliyyat keçirib
  23 May 2023    Oxunub:1055
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Sabirabad rayonunda əməliyyat keçiriblər.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, iki ədəd həmin tapançaya məxsus sandıqça, 1 ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 müxtəlif kalibrli patron aşkarlanaraq götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti