Qazilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər - FOTO

Qazilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər    - FOTO
  23 May 2023    Oxunub:1597
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər.
Komitədən verilən məlumata görə, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar.

Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.

Qran-pri iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.

AzVision.az



Teqlər: Qazi  





Xəbər lenti